Xəzər Xəbər

İsveçdəki ukraynalı qadınlara XƏBƏRDARLIQ: Bu geyimləri geyinməyin

Dünya | 14:58 • 27 May 2022
İsveçdəki ukraynalı qadınlara XƏBƏRDARLIQ: Bu geyimləri geyinməyin
İsveçdəki ukraynalı qaçqınlara geyimləri ilə bağlı xəbərdarlıq edilib.
 
Xəbərdarlıq qaçqınlar üçün mərkəz kimi tikilən oteldə qalan ukraynalı qaçqın qadınlara edilib.
Otel rəsmiləri bildiriblər ki, açıq-saçıq geyim başqa mədəniyyətlərdən olan qaçqınları təhrik edə bilər.
 
Məlum olub ki, Olofström şəhərindəki oteldə qalan qaçqınlar arasında ukraynalı qadınlara ölkədə əfqan və suriyalıların olması səbəbindən geyimləri ilə bağlı bu cür xəbərdarlıq edilib.
 
Qeyd edilir ki, sözügedən qaçqınların açıq geyinməsinə icazə verilmir.
 
Bildirilib ki, sözügedən otelin qəbulunda çalışan işçilər ukraynalı qadınlardan qısa şort və nazik koftalar geyinməməyi xahiş edib və belə geyimlərin başqa mədəniyyətlərdən olan mühacirləri təhrik edə biləcəyini bildiriblər. Ukraynalılara qəbulda qaldıqları müddətdə normal paltar geyinməli olduqları qeyd edilib./azxəbər

Xəbər lenti