Xəzər Xəbər

Rusiyanın hərbi itkiləri açıqlanıb

Dünya | 11:18 • 18 May 2022
Rusiyanın hərbi itkiləri açıqlanıb

Fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 251 tankı, 3043 zirehli döyüş maşını, 586 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 91 havadan müdafiə sistemi, 202 hərbi təyyarəsi, 167 helikopteri, 2 137 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 441 dronu, 43 xüsusi avadanlığı, 102 qanadlı raketi məhv edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, Rusiya tərəfi indiyədək təxminən 28 300-dən çox canlı qüvvəsini itirib.

Xəbər lenti