Xəzər Xəbər

Kasım-Jomart Tokayev Qazaxıstanın hakim partiyasının sədri seçilib

Dünya | 14:50 • 28 Yanvar 2022
Kasım-Jomart Tokayev Qazaxıstanın hakim partiyasının sədri seçilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Nur Otan” (“Vətənin işığı”) partiyasının sədri seçilib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev Qazaxıstanın hakim partiyasının növbədənkənar qurultayında bu vəzifəyə seçilib.

Qeyd edək ki, Tokayevin bu posta namizədliyini Qazaxıstanın ilk Prezidenti, indiyədək hakim partiyanın sədri vəzifəsində çalışan Nursultan Nazarbayev təklif edib.

Yanvarın 28-də Qazaxıstanın hakim “Nur Otan” partiyasının onlayn formatda növbədənkənar qurultayı öz işinə başlayıb. Qurultayda ölkənin bütün regionlarından 389 nümayəndə iştirak edir.

Ölkənin rəhbər şəxsləri, siyasi şuranın üzvləri, rayon təşkilatlarının nümayəndələri, deputatlar və hökumətin üzvləri qurultaya videobağlantı vasitəsilə qoşulublar.

Xəbər lenti