Xəzər Xəbər

Uğur Şahin “Omikron” ştamından danışdı: Üçüncü doza ən qısa zamanda vurulmalıdır

Dünya | 12:58 • 1 Dekabr 2021
Uğur Şahin “Omikron” ştamından danışdı: Üçüncü doza ən qısa zamanda vurulmalıdır

"BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin və Özlem Türeci COVID-19-un yeni variantı ilə bağlı hər hansı panikaya ehtiyac olmadığını bildirib.
 
Türkiyəli alimlər ötən gün "Omikron” ştamı barədə jurnalistlərin suallarını cavablandırıblar.  Uğur Şahin "”Omikron”na görə qorxmaq lazım deyil. Variantın fərqli mutasiyalarının olduğunu bilirik. Digər tərəfdən, vaksinin ştamların ağır nəticələrindən qoruduğu da bizə məlumdur”, - deyə söyləyib.

Yeni növ haqqında iki həftə sonra dəqiq nəticəyə gələ biləcəklərini deyən professor üçüncü dozanın vacibliyini də vurğulayıb: 

"Buster doza virusa qarşı 20 dəfə artıq müdafiəni təmin edir. "Omikron” olsa da, olmasa da, ümumiyyətlə, üçüncü dozanın qısa zaman ərzində vurulmasını tövsiyə edirik”./Sfera.az

Xəbər lenti