Xəzər Xəbər

İnterpola yeni rəhbər seçilib

Dünya | 14:46 • 25 Noyabr 2021
İnterpola yeni rəhbər seçilib

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin baş müfəttişi Əhməd Nasir Əl-Rəisi Interpolun yeni prezidenti seçilib.

"Interfax" informasiya agentliyi xəbər yayıb ki, Interpolun “Twitter” səhifəsində yerləşdirilən məlumata görə, bu postda Cənubi koreyalı dövlət xadimi Kim Çon Yanı əvəz edən Əhməd Nasir Əl-Rəisi növbəti dörd ildə qurumun rəhbəri olacaq. O, buna qədər Interpolun icra komitəsinin üzvü idi. Interpolun sabiq rəhbəri Kim Çon Yan isə 2018-ci ildən təşkilata rəhbərlik edirdi.

Əhməd Nasir Əl-Rəisi Interpolun Baş Assambleyasının noyabrın 23-25-də İstanbulda keçirilən iclasında qurumun yeni rəhbəri seçilib. Hər il toplanan Baş Assambleya təşkilatın ümumi siyasətini, beynəlxalq əməkdaşlıq üçün zəruri resurslarla bağlı əsas qərarları qəbul edir, həmçinin iş üsullarını, maliyyələşməni və fəaliyyət proqramını müəyyənləşdirir.

Xəbər lenti