Xəzər Xəbər

Fransa və ABŞ prezidentləri sualtı qayıq böhranını müzakirə ediblər

Dünya | 12:05 • 23 Sentyabr 2021
Fransa və ABŞ prezidentləri sualtı qayıq böhranını müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra bu ölkənin səfirinin gələn həftə Vaşinqtona qayıdacağı açıqlanıb. Prezidentlər etiraf ediblər ki, Fransa ilə ABŞ arasında açıq məsləhətləşmələr aparmaqla sualtı qayıq böhranından yayınmaq mümkün idi.

Bu, Avstraliyanın Fransadan sualtı qayıqların alınması ilə bağlı müqaviləni ləğv etməsindən sonra Fransa və ABŞ dövlət başçıları arasında ilk telefon danışığı olub. Telefon danışığından sonra Emmanuel Makron səfirini gələn həftə Vaşinqtona qaytarmaq qərarına gəlib.

Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, prezidentlər etimadı təmin etmək və ortaq məqsədlərə çatmaq üçün konkret tədbirlər təklif etmək üçün geniş məsləhətləşmələr prosesinə başlamaq qərarına gəliblər. Dövlət başçılarının görüşü oktyabrın sonuna planlaşdırılıb. (AZƏRTAC)

Xəbər lenti