Xəzər Xəbər

Limanda 5 ticarət gəmisi yandı

Dünya | 10:51 • 5 Avqust 2021
Limanda 5 ticarət gəmisi yandı

İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.

Bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.

Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.

Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır. (Trend)

Xəbər lenti