Xəzər Xəbər

Toy mərasimini ildırım vurub, 17 nəfər ölüb

14 nəfər, o cümlədən bəy xəsarət alıb
Dünya | 11:24 • 5 Avqust 2021
Toy mərasimini ildırım vurub, 17 nəfər ölüb

Banqladeşdə ildirım toy mərasiminin azı 17 iştirakçısının həyatına son qoyub.

Bu barədə "BBC News" telekanalı rəsmi şəxslərə istinadla məlumat yayıb. Həmçinin 14 nəfər, o cümlədən bəy xəsarət alıb.

Şibhanc şəhərində qayıqdan enərək gəlinin evinə gedən qonaqlar ildırım zərbələrinə tuş gəlib.

Qeyd edək ki, hər il Cənubi Asiya ölkələrində yüzlərlə insan ildırım vurması nəticəsində həyatını itirir. 2016-cı ilin may ayında bu səbəbdən 200-dən çox insan ölüb.

 

Xəbər lenti