Xəzər Xəbər

Gürcüstanda virusa yoluxanların sayı 400 mini ötdü

Dünya | 09:26 • 26 İyul 2021
Gürcüstanda virusa yoluxanların sayı 400 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 400 mini keçib. Onların 2 min 61 nəfəri ötən sutka ərzində koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, son sutka ərzində 1654 nəfər müalicə olunaraq sağalıb, daha 23 nəfər vəfat edib. Bununla da, Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 402 min 759-a çatıb. Onların 373 min 88-i sağalıb, 5 min 688-i isə ölüb./Publika.az

Xəbər lenti