Xəzər Xəbər

İsveçrə Putin-Bayden görüşünə görə hava məkanını bağlayacaq

Dünya | 13:38 • 11 İyun 2021
İsveçrə Putin-Bayden görüşünə görə hava məkanını bağlayacaq

İsveçrə hökuməti iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşlə əlaqədar hava məkanının bir hissəsini bağlayacaq.

Bu barədə İsveçrə hökumətinin qərarında deyilir.

Qeyd olunur ki, prezidentlərin görüşü ilə əlaqədar Cenevrə üzrə hava məkanının bağlanması təklifi qəbul edilib.

Qərar iyunun 15-17-də qüvvədə olacaq./trend

Xəbər lenti

Çox oxunanlar