Xəzər Xəbər

İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU - Bölgədə HƏYAT DURDU

Dünya | 15:03 • 18 Aprel 2021
İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU - Bölgədə HƏYAT DURDU

Buşehrin Guneve bölgəsində baş verən zəlzələ nəticəsində 10 kəndə ziyan dəyib.

XəzərXəbər Publika.az-a istinadla xəbər verir ki, birinci təkandan bir neçə dəqiqə sonra eyni dərinlikdə 4,5 bal gücündə ikinci təkan qeydə alınıb.

Buşehr Böhran İdarəetmə İdarəsinin baş direktorunun verdiyi məlumata görə, yeraltı təkanlar Buşehrlə yanaşı, Deylam və Daştestanda da hiss edilib.

Zəlzələ ilə əlaqədar təcili toplantı keçirilib, bölgənin su, elektrik, qaz, telefon təchizatı dayandırılıb.

Qızıl Aypara Cəmiyyətinin qiymətləndirmə qrupu Buşehr, Şiraz, Fars və Kirmana 4 helikopter göndərib. Hazırda kənd və rayonlarda böhranlı vəziyyət qiymətləndirilir və zəlzələnin mümkün zərərləri barədə hesabat daha sonra açıqlanacaq.

Xəbər lenti