Xəzər Xəbər

Dünyada son sutkada koronavirusa 659 mindən çox yoluxma qeydə alınıb

Dünya | 09:11 • 3 Aprel 2021
Dünyada son sutkada koronavirusa 659 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 659 917 nəfər koronavirusa yoluxub, 11 626 nəfər ölüb. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə 129 215 179 yoluxma hadisəsi, 2 820 098 ölüm faktı qeydə alınıb. 

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (275 728) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (220 277) ilə Cənub-Şərqi Asiya (94 908) bölüşür.

 

Xəbər lenti