Xəzər Xəbər

Rusiyada təyyarə qəzası: 3 hərbçi öldü

Dünya | 17:09 • 23 Mart 2021
Rusiyada təyyarə qəzası: 3 hərbçi öldü

Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarədə baş vermiş qəza nəticəsində 3 hərbçi həlak olub.

“Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapulta sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb.

Hadisə uçuşa hazırlıq zamanı baş verib.

“Tu-22M3” raketdaşıyan bombardmançı təyyarədir. Rusiya Hava-Kosmik Qüvvələrində 69 belə təyyarə istismar olunur./report

Xəbər lenti