Xəzər Xəbər

Bayden Trampın Çinlə bağlı qərarlarına yenidən baxacaq

Dünya | 11:54 • 20 Mart 2021
Bayden Trampın Çinlə bağlı qərarlarına yenidən baxacaq

ABŞ-ın yeni rəhbərliyi əvvəlki prezident Donald Trampın Çin ilə ticari və iqtisadi əlaqələrə dair verdiyi bəzi qərarları yenidən nəzərdən keçirəcək.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“İqtisadiyyat, ticarət, texnologiya mövzusunda tərəfdaşlarımıza (Çinli tərəfdaşlar – Red) Konqresin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmə aparacağımızı söylədik. Və bu məsələlərdə işçi qüvvəmizin mənafeyini tam qoruyan və təşviq edəcək şəkildə irəliləyəcəyik”-deyə, diplomat bildirib.

Qeyd edək ki, Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin Xalq Respublikası və ABŞ arasında ilk danışıqlar aparılıb./report

 

Xəbər lenti