Xəzər Xəbər

Braziliyada virusdan ölənlərin sayı 290 mini ötdü

Dünya | 11:45 • 20 Mart 2021
Braziliyada virusdan ölənlərin sayı 290 mini ötdü

Braziliyada yeni növ koronavirus infeksiyasına 89 409 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.

Bildirilib ki, son sutkada 2 730 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 877 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10,3 milyondan çoxu müalicə olunaraq sağalıb, 290 525 nəfər vəfat edib./report

Xəbər lenti