Xəzər Xəbər

Ani qəza Gürcüstanın böyük hissəsini işıqsız qoydu

Dünya | 08:52 • 17 Mart 2021
Ani qəza Gürcüstanın böyük hissəsini işıqsız qoydu

Gürcüstan ərazisinin böyük hissəsi 400 kilovatt gücə malik "Mesxeti" elektrik ötürücü xəttində baş verən qəza nəticəsində işıqsız qalıb.

Bu barədə "Gürcüstanın dövlət elektrik sistemi" şirkətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən 400 kilovatt gücə malik "Mesxeti" elektrik ötürücü xəttində baş verən qəza nəticəsində Türkiyədən elektrik enerjisinin idxalı və ölkənin əksər hissəsində elektrik enerjisinin verilməsi dayanıb".

Qeyd edilir ki, hazırda bərpa işləri aparılır./publika.az

Xəbər lenti