Xəzər Xəbər

Türkiyə və ABŞ birgə hərbi təlimlərə başlayır

Dünya | 17:13 • 16 Mart 2021
Türkiyə və ABŞ birgə hərbi təlimlərə başlayır

Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın “Eysenhauer” təyyarədaşıyan gəmisinin tapşırıq qrupu əməkdaşlığın artırılması məqsədilə Aralıq dənizinin şərqində birgə təlim keçirəcək.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının nəzdindəki “TCG Gemlik” döyüş gəmisi Rodosun cənubundakı “Eysenhauer” gəmisi ilə birlikdə təlimə başlayacaq. Tapşırıq qrupunun tərkibində bir müddət üzəcək “TCG Gemlik”in ardınca martın 18-də Şərqi Aralıq dənizində genişləndirilmiş təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərdə Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığına aid gəmilər, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və “Eysenhauer” gəmisinin tapşırıq qrupu iştirak edəcək.

Xəbər lenti