Xəzər Xəbər

Aya ilk qadın göndəriləcək - tarix açıqlandı

Dünya | 10:34 • 8 Mart 2021
Aya ilk qadın göndəriləcək - tarix açıqlandı

Növbəti on il ərzində NASA Aya ilk qadını göndərməyi planlaşdırır.

Bu barədə “CBS News” telekanalı məlumat yayıb.

“Artemida” adlanan Ay missiyasının üzvləri doqquz kişi və doqquz qadın astronavt olacaq.

Hazırda layihənin bir sıra çətinliklər, o cümlədən maliyyə problemilə üzləşdiyi bildirilir. Buna baxmayaraq, alimlər kosmik səfərin təşkilində israrlıdırlar.

NASA-da kosmik uçuşların rəhbəri olan Çarli Blekvel-Tompsonun sözlərinə görə, insanların Aya qayıdışı çox sayda elmi kəşflərin başlanğıcı ola bilər.

“Bizim Ayda öyrənəcəyimiz hələ çox məsələlər var. “Apollo” proqramı çərçivəsində əldə olunan məlumatların araşdırılması bu gün də davam edir”, - deyə o, bildirib.  

Xəbər lenti