Xəzər Xəbər

Avropa İttifaqı ABŞ-da edamın bərpasından narahatdır

Dünya | 11:58 • 22 Noyabr 2020
Avropa İttifaqı ABŞ-da edamın bərpasından narahatdır

Avropa İttifaqı (Aİ) noyabrın 19-da, prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyi dövründə ilk dəfə ABŞ-da edam cəzasının icra edilməsindən ciddi narahat olduğunu bəyan edib.


Xezerxeber.az-ın xəbərinə görə, Aİ Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilir ki, 17 ildən sonra ölüm cəzasına məhkum edilmiş 8 məhbus edam edilib, 6 nəfər isə dekabr və gələn ilin yanvarında edam ediləcək.


Aİ ABŞ administrasiyasını qərarını ləğv etməyə, federal səviyyədə bütün edamları dayandırmağa çağırıb. Bəyanatda qeyd edilir ki, ABŞ-da federal səviyyədə böyük sayda edamın icra olunması ABŞ-ın ayrı-ayrı ştatlarında və dünyada edamların kəskin azalması fonunda baş verir.


Qeyd edək ki, ABŞ-da federal səviyyədə sonuncu dəfə 2003-cü ildə 3 məhbus edam olunub.

Xəbər lenti