Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Dünya | 11:08 • 19 Noyabr 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda ötən sutkada daha 3 697 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 409 nəfər sağalaraq evə buraxılıb, 38 pasiyent isə vəfat edib.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 93 092-yə çatıb. Onların 73 877-si sağalıb, 853-ü isə dünyasını dəyişib.


Karantin rejimində saxlanılanların sayı 2 186, stasionar nəzarətdə olanların sayı isə 5 833 təşkil edir. 3 518 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altındadır./report

Xəbər lenti