Xəzər Xəbər

Şengen zonasında sərhədlər təsdiqləndi

Dünya | 16:38 • 13 Oktyabr 2020
Şengen zonasında sərhədlər təsdiqləndi

Avropa İttifaqı (Aİ) üzv ölkələri səhiyyə vəziyyətinin ümumavropa təsnifatı əsasında Şengen zonası daxilində sərhədlərdən gediş-gəlişin vahid qaydasını razılaşdırıb.


Aİ Şurasının bugünkü açıqlamasına görə, pandemiya ilə bağlı gediş-gəliş azadlığının məhdudlaşdırılmasına əlaqəli yanaşmaya dair Avropa Komissiyasının tövsiyələri təsdiqləyib:


"Bu tövsiyələr Şengen zonasının fəaliyyətindəki parçalanmaları və pozuntuları aradan qaldıraraq insanlar və işgüzar fəaliyyətlər üçün şəffaflığın artmasına təkan verməlidir”.


Qeyd edək ki, bundan əvvəl karantin məhdudiyyətlərini Aİ ölkələri tərəfindən ayrı-ayrılıqda tətbiq olunması nəticəsində Avropa boyu gediş-gəlişdə çətinliklər ortaya çıxırdı./report

Xəbər lenti