Xəzər Xəbər

Ermənilər tərəfdə döyüşən PKK-çılarla bağlı YENİ XƏBƏR

Dünya | 14:28 • 5 Oktyabr 2020
Ermənilər tərəfdə döyüşən PKK-çılarla bağlı

Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.


Bu barədə APA -ya hərbi mənbələrdən məlumat verilib.


Məlumatda görə, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını bildiriblər.


Oktyabrın 4-də günün sonuna kimi İrəvanda toplaşan çoxlu sayda canlı qüvvənin gecə saatlarında Dağlıq Qarabağa göndərilməsi planlaşdırılıb.


Xankəndindəki artilleriya və zenit-raket qurğuları şəhərdən müxtəlif istiqamətlərdə çıxarılaraq yeri dəyişdirilir.


Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağda partizan döyüşlərinə göndərilməsinə qərar verilib.


Xəbər lenti

Çox oxunanlar