Xəzər Xəbər

Rusiyada MSK-nın saytına haker hücumları edilir

Dünya | 15:17 • 13 Sentyabr 2020
Rusiyada MSK-nın saytına haker hücumları edilir

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası veb saytına haker hücumları olması barədə məlumat yayıb.


TASS-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası rəhbərinin müavini Nikolay Bulaev hazırkı seçkilər zamanı agentliyin saytında gecə-gündüz haker hücumlarının olduğunu söyləyib: "Artıq buna birtəhər uyğunlaşmışıq. Əsasən sayta hücum edirlər. Seçki sistemi ilə bağlı hücum qeydə alınmayıb. Sayta hücumlar etmək isə sadəcə mənasızdır ”.


Qeyd edək ki, bu gün Rusiyada Vahid səsvermə günü keçirilir.




Xəbər lenti