Xəzər Xəbər

"Amazon”un sahibinin sərvəti 200 milyard dolları keçdi

Dünya | 12:34 • 26 Avqust 2020
"Amazon”un sahibinin sərvəti 200 milyard dolları keçdi

ABŞ-ın "Amazon” şirkətinin rəhbəri, dünyanın ən zəngin insanı Cef Bezosun sərvəti 200 milyard ABŞ dollarını keçib.


Bu barədə məlumatı "Forbes” nəşri yayıb.


Məlumata görə, koronavirus pandemiyası başlayandan bəri "Amazon"un səhmləri 55%-dən çox bahalaşıb. Bu isə şirkətdə 11% pay sahibi olan milyarderə son 1 ildə 86 milyard dollar qazandırıb. 


Xatırldaq ki, Cef Bezos 2018-ci ildən bəri "Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında ilk sırada yer alıb./report

Xəbər lenti