Xəzər Xəbər

Səudiyyədə koronavirusa rekord yoluxma

Dünya | 10:35 • 30 İyun 2020
Səudiyyədə koronavirusa rekord yoluxma

Səudiyyə Ərəbistanında son sutka ərzində 3 943 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, ölkədə ümumilikdə 186 436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 128 mindən çox şəxs müalicə olunaraq sağalıb, 1 599 nəfər vəfat edib.

Xəbər lenti