Xəzər Xəbər

Belarus prezidenti: “ABŞ Çin qarşısında mövqelərini itirir”

Dünya | 15:11 • 29 İyun 2020
Belarus prezidenti: “ABŞ Çin qarşısında mövqelərini itirir”

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin və ABŞ-ın dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə apardıqlarını bildirib.


Bu barədə "Belarus 1” telekanalı məlumat yayıb.


A.Lukaşenkonun sözlərinə görə, "yeni fövqəldövlət” ABŞ-a meydan oxuyur. O, həmçinin, Çini "güclü nüvə nəhəngi” adlandırıb.


"Əlbəttə, bu, amerikalıları narahat edir. İnhisarçını narahat etmək nə deməkdir? Bu, yoxsullaşmaq deməkdir”, - deyə A.Lukaşenko bildirib.


Belarus lideri, eyni zamanda, Çinin ixrac baxımından birinci, istehsal üzrə isə ABŞ-dan sonra ikinci yerdə olduğunu xatırladıb. Prezident əlavə edib ki, Çin ən müasir silahları mənimsəyib və "kosmosa çıxıb”.


"ABŞ mövqelərini itirməyə başlaması təhlükəsini hiss edir”, - deyə A.Lukaşenko vurğulayıb.

Xəbər lenti