Xəzər Xəbər

Gələn ilin yayına qədər tədris distant üsulla olacaq AÇIQLAMA

Dünya | 12:42 • 20 May 2020
Gələn ilin yayına qədər tədris distant üsulla olacaq

Dünyanın ən məşhur təhsil ocaqlarından biri olan Kembric Universiteti gələn il də dərsləri distant üsulla keçirəcək.

Universitet yeni təhsil mövsümünü bu ilin oktyabr ayında açacaq, 2021-ci ilin yayına qədər davam etdirəcək.

Universitetdən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, Böyük Britaniya hökuməti koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərdə dəyişiklik edərsə, distant təhsil qərarına yenidən baxılacaq.

Açıqlamada universitetin idarə heyətinin sosial məsafənin qorunması şərtilə kiçik qruplar şəklində dərs keçməyə icazə verə biləcəyi də qeyd olunub.

Qeyd edək ki, dünyanı cənginə alan yeni tip koronavirus pandemiyasına görə əksər təhsil qurumları distant formada tədris prosesinə keçib./publika.az

Xəbər lenti