Xəzər Xəbər

Netanyahu tapşırıq verdi: Koronavirusa qarşı vaksin...

Dünya | 16:53 • 3 Fevral 2020
Netanyahu tapşırıq verdi:

İsrail Baş naziri Benyamin Netanyahu Bioloji Tədqiqatlar İnstitutu və Səhiyyə Nazirliyinə koronarvirusa qarşı vaksin yaradılması və ölkədə onun istehsalı ilə bağlı fabrik açılması barədə tapşırıq verib.

Bu məlumatı Netanyahunun mətbuat xidməti yayıb.

Netanyahu bildirib ki, İsrail vətəndaşlarının müdafiəsi üçün bütün tədbirlər görüləcək:

"Biz Çinlə bağlı bütün hava, quru və dəniz sərhədlərini bağlamışıq. Əgər yoluxmuş israilliləri tapsaq, onları təcrid edib, lazımı tədbirləri görəcəyik”./axar.az

Xəbər lenti