Xəzər Xəbər

Blumberq ABŞ büdcəsini 5 trilyon artırmağa söz verdi

Dünya | 16:48 • 3 Fevral 2020
Blumberq ABŞ büdcəsini 5 trilyon artırmağa söz verdi

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd milyarder Maykl Blumberq aparacağı vergi islahatlarının detallarını açıqlayıb.

O, bunun sayəsində ölkənin dövlət büdcəsinin 5 trilyon dollar artacağını deyib.

Blumberq ən zəngin insanlar və şirkətlərə qarşı yeni vergi tətbiqini təklif edib. O, ildə 5 milyon dollardan çox gəliri olanlardan 5% vergi tutulmasını istəyib. Blumberq yeni nümunələrin vergi ödəyicilərinin 0,1%-dən çox hissəsini təşkil etməyəcəyini bildirib.

Milyarder Prezident Donald Trampın vergi islahatlarını ləğv etmək niyyətində olduğunu və bunun yalnız zəngin ailələrin maraqlarına xidmət etdiyini, eləcə də bərabərsizliyi gücləndirdiyini söyləyib./axar.az

Xəbər lenti