Xəzər Xəbər

Bağdadinin xanımının yanında... Ərdoğan canlı yayımda açıqladı

Dünya | 14:58 • 7 Noyabr 2019
Bağdadinin xanımının yanında...

Dünən İŞİD lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşının saxlanıldığını deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər etməzdən öncə jurnalistlərə daha bir sensasion fakt açıqlayıb.

Türkiyə prezidenti Bağdadinin xanımının həbs olunarkən yanında DNT testi ilə təsdiqlənmiş övladının olduğunu söyləyib.

Ərdoğan İŞİD liderinin həyat yoldaşının 1-1,5 ildir Türkiyənin əlində olduğunu deyib:

"Bağdadinin yaxın çevrəsi daha çox ölkəmizi hədəfə aldı. Axırıncı dəfə Azez bölgəsində bacısının əri və uşağı yaxalandı. Bu şəxslər tutulandan sonra geri göndərilmə mərkəzlərində saxlanılır. Orada qalacaqlar, Ədliyyə Nazirliyi nə qərar verəcək, görəcəyik. Hazırda açıqlamağı doğru hesab eləmirəm, dəqiqləşəndən sonra məlumat yayılacaq. Bağdadinin xanımı 1-1,5 ildir əlimizdə idi, yanında DNT analizi ilə təsdiqlənmiş övladının olması vacib həssaslıqdır”.

Xəbər lenti