Xəzər Xəbər

Zenit raket kompleksində işləyən 30 əsgər xərçəngə yoluxdu - QORXUNC İDDİA

Dünya | 12:20 • 5 Avqust 2019
Zenit raket kompleksində işləyən

İsrailin "Dəmir Qübbə” hava hücumundan müdafiə sistemində işləyən 30 nəfər xərçəngə yoluxub.

Bu iddianı İsrailin "Kanal 13” telekanalında işləyən jurnalist Adama Şefr tvitter hesabında yazıb.

Jurnalist tələb edib ki, israilli əsgərlərin hava hücumundan müdafiə sistemində işləməsi ilə xəstəliyə yoluxması arasında bağlılığın olub-olmaması araşdırılsın.

İsrail məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, "Dəmir Qübbə” qısamənzilli raketlərə qarşı istifadə edilir.

Publika.az

Xəbər lenti