Xəzər Xəbər

Türkiyə XİN Pakistanda törədilmiş terror aktlarını pisləyib

Dünya | 11:58 • 22 İyul 2019
Türkiyə XİN Pakistanda törədilmiş terror aktlarını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Xeybər Paxtunkva əyalətində törədilmiş terror aktlarını pisləyən bəyanat yayıb.


AZƏRTAC Türkiyə XİN-in saytına istinadla xəbər verir ki, Pakistanın şimal-şərq əyalətində iyulun 21-də törədilən terror aktları nəticəsində dördü polis olmaqla yeddi nəfər həlak olub, 24 adam yaralanıb. Nazirliyin bəyanatında bildirilir: "Pakistanın Xeybər Paxtunkva əyalətində çoxsaylı insan tələfatı və dinc sakinlərin, habelə təhlükəsizlik qüvvələrinin əməkdaşlarının yaralanması ilə nəticələnmiş terror hücumlarını qətiyyətlə pisləyirik. İnsidentlər nəticəsində yaralananların tezliklə şəfa tapmasını arzulayırıq. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı veririk”.


Xatırladaq ki, bazar günü ard-arda iki terror aktı, o cümlədən kamikadze terrorçunun üzərindəki bombanı partlatması nəticəsində Xeybər Paxtunkva əyalətindəki Əfqanıstanla sərhəddə yerləşən İsmayıl Xan rayonunda 7 nəfər ölüb. Polis məntəqəsinə birinci bombalı hücumdan sonra kamikadze qadın həmin terror aktında yaralananların gətirildiyi hökumət hospitalının girişində özünü partladıb.

Xəbər lenti