Xəzər Xəbər

Zelenskinin korteji avtobusla toqquşub - FOTO

Dünya | 09:30 • 15 İyul 2019
Zelenskinin korteji avtobusla toqquşub -

Ukrayna prezidenti Vladimir Zelenskinin üç avtomobildən ibarət korteji Zaporoje rayonundan paytaxtda gələrkən qəza törədib.


Xezerxeber.az Ukrayna mediasına istinadən verdiyi məlumata görə, kortejdə olan avtomobillərdən biri uşaqları daşıyan avtobusla toqquşub.


Məlumata görə, qəza prezidentə məxsus avtomobillərdən birinin ötmə əməliyyatı etmək istəyərkən baş verib.


İddiaya görə, sürücünün yuxulu olması yol qəzasına səbəb olub.


Hadisə zamanı avtobusda olan uşaqlardan heç birinin xəsarət almadığı bildirilib.


Mənbənin sözlərinə görə, Zelenski avtomobildə olmayıb, O, paytaxta təyyarə ilə gəlib.

Xəbər lenti