Xəzər Xəbər

ABŞ və Türkiyə müdafiə nazirləri görüşdü - Sanksiya təhdidi

Dünya | 13:02 • 27 İyun 2019
ABŞ və Türkiyə müdafiə nazirləri görüşdü - Sanksiya təhdidi

ABŞ və Türkiyə müdafiə nazirləri Brüsseldə S-400 kompleksi mövzusunda müzakirə aparıblar.

Müdafiə naziri Hulusi Akar və Pentaqonun yeni rəhbəri Mark Esper NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısında görüşüb.

Nazirlər görüş zamanı öz mövqelərində qalıb. Hulusi Akar S-400 komplekslərinin alınmasında geri addım atılmayacağını, Esper isə bunun müəyyən nəticələri olacağı xəbərdarlığını edib.

ABŞ mənbələri S-400-lərin alınacağı təqdirdə Türkiyənin F-35 təyyarə proqramından çıxarılacağı, ardınca ciddi sanksiyalar tətbiq ediləcəyi və ölkə iqtisadiyyatının bundan ciddi zərər görəcəyini Türkiyə müdafiə nazirliyinə çatdırıldığını açıqlayıb

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında isə vurğulanıb ki, ABŞ və Türkiyə arasında dialoqun davam etməsi əhəmiyyətlidir./teleqraf

Xəbər lenti