Xəzər Xəbər

Rekord istilər gözlənilir

Dünya | 10:51 • 26 İyun 2019
Rekord istilər gözlənilir

Bu həftə Avropanın bir sıra ölkələrində rekord istilər gözlənilir.

Saxaradan gələn isti hava kütləsi ilə əlaqədar Fransa, Almaniya və Belçikada iyunun 27-i və 28-də 35 dərəcə temperatur proqnozlaşdırılır.

Belçikada hökumət əhaliyə açıq havada az olmağı, vaxtın əksər hissəsini sərin yerlərdə keçirməyi tövsiyə edir.

Xəbər lenti