Xəzər Xəbər

İranda qaçaqmalçılar iki polisi öldürüblər

Dünya | 14:12 • 11 İyun 2019
İranda qaçaqmalçılar iki polisi öldürüblər

İranın cənubunda polis və qaçaqmalçılar arasında atışma baş verib.


APA-nın Tehran bürosunun məlumatına görə, Minab səhrasında bir dəstə qaçaqmalçı sərhəddən qanunsuz yolla mal-qara keçirməyə cəhd edib.

Onlar sərhədçilərin "dayan” əmrinə tabe olmayıb və nəticədə atışma olub.


Atışma zamanı sərhəd polisləri, çavuş Səccad Əfrasyabi və leytenant Həsən Kərimi həlak olublar.

Xəbər lenti