Xəzər Xəbər

Britaniya və Cənubi Koreya razılaşdı: Saziş imzalandı

Dünya | 11:08 • 11 İyun 2019
Britaniya və Cənubi Koreya razılaşdı: Saziş imzalandı

Böyük Britaniya və Cənubi Koreya azad ticarət haqqında saziş imzalayıb.

Sənədi Böyük Britaniyanın Beynəlxalq Ticarət naziri Liyam Foks və Koreyanın ticarət naziri Yoo Myung-hee Seulda imzalayıb. Bu saziş iki ölkənin öz biznesini Brexitdən sonra sərbəst şəkildə davam etdirməsini nəzərdə tutur. Belə ki, Brexitdən sonra Cənubi Koreya güzəştli şərtlər əldə edə biləcək.

Xatırladaq ki, 2011-ci ildə Cənubi Koreya və Böyük Britaniya arasında imzalanan azad ticarət müqaviləsindən sonra ölkənin gəliri 12 faiz artıb./axar.az

Xəbər lenti