Xəzər Xəbər

Çində qayıq aşıb, 10 nəfər ölüb, 8 nəfər itkin düşüb

Dünya | 09:19 • 24 May 2019
Çində qayıq aşıb, 10 nəfər ölüb, 8 nəfər itkin düşüb

Çinin Quycou vilayətindəki qayığın batması nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Pancian çayının Cenfen dairəsindən keçən hissəsində baş verib. Qəza vaxtı qayıqda 29 nəfər olub. Dərhal hadisə yerinə gələn xilasedicilər 11 nəfəri sudan çıxarıblar. 

Hazırda itkin düşənlərin axtarışları davam edir.

Xəbər lenti