Xəzər Xəbər

Yunanıstanda bu il turizm sahəsində 110 min yeni iş yeri yaradılıb

Dünya | 09:17 • 24 May 2019
Yunanıstanda bu il turizm sahəsində 110 min yeni iş yeri yaradılıb

Yunanıstan Əmək Nazirliyinin məlumatına əsasən, ölkədə işsizliyin sayı azalır. Belə ki, bu ilin əvvəlindən turizm göstəricilərində 110 min 895 yeni iş yerinin yaradıldığı qeyd olunur. Xüsusilə, işçilər ərzaq və xidmət sektorları üçün tələb olunur. Ən çox iş yerləri Egey dənizinin cənubunda yerləşən adalar, Krit adası və İonik adalarda yaradılıb.

Qeyd edək ki, son bir neçə ildə Yunanıstan turizm sektoru vasitəsilə rekord sayda gəlir əldə edə bilib.

Xəbər lenti