Xəzər Xəbər

Körfəzdə GİZLİ hərəkətlilik: ABŞ müttəfiqlərini və donanmasını...

Dünya | 15:03 • 18 May 2019
Körfəzdə GİZLİ hərəkətlilik:

Körfəz Əməkdaşlıq Şurasının hərbi rəhbərləri və ABŞ Hərbi-Dəniz Qüvvələri komandanları Bəhreyndə toplantı keçirib.

Paytaxt Manamada təşkil olunan toplantıda regionun sərbəst ticarət dövriyyəsi və dənizlərin təhlükəsizliyi məsələləri müzakirə olunub.

Xəbəri Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbcə yayımlanan "Əl-Hürra” kanalı yayıb. Lakin toplantıda iştirak edən körfəz ölkələrinin adı açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-la İran arasında sözügedən bölgədə gərginlik davam edir. Vaşinqton donanmasını bölgədəki qüvvələrinə İrandan gələ biləcək təhlükələrə qarşı körfəzə göndərib./publika.az

Xəbər lenti