Xəzər Xəbər

“WikiLeaks”in proqram təminatçısı da saxlanılıb

Dünya | 10:47 • 13 Aprel 2019
“WikiLeaks”in proqram təminatçısı da saxlanılıb

"WikiLeaks”in yaradıcısı Culian Assanjın köməkçisi Ola Bini saxlanıldığı Ekvadorda hüquq-mühafizə orqanları tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb.


Xezerxeber.az TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvadorun İsveçdəki səfirliyindən məlumat verilib.


Bininin ölkəsinə qaytarılmasını İsveç XİN hələlik təsdiqləməyib.

"Daily Express” qəzetinin yazdığına görə, O.Bini "WikiLeaks” saytının proqram təminatçısıdır. Saxlanılan zaman onun təyyarə ilə Yaponiyaya uçmağa hazırlaşdığı deyilir.

Xəbər lenti