Xəzər Xəbər

Almaniyada bəşəriyyət əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Dünya | 16:42 • 16 Fevral 2019
Almaniyada bəşəriyyət əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Almaniyada bəşəriyyət əleyhinə cinayətlərdə əli olmaqda şübhəli bilinən iki suriyalı saxlanılıb.


Söhbət Suriya kəşfiyyatının keçmiş əməkdaşlarından gedir. Onlar 2011-2012-ci illərdə müxalifətçilərə qarşı işgəncələr tətbiq ediblər. Bir neçə il sonra Almaniyaya gedərək, orada siyasi sığınacaq əldə ediblər.


ZDF kanalının yaydığı məlumata görə, bir neçəsi hazırda Almaniyada yaşayan altı nəfər şübhəli bilinənlərin əleyhinə ifadə verib. Onların ifadələrinə görə, bu şəxslər müntəzəm olaraq müxalifətçilərə işgəncələr verilməsində və onların öldürülməsində iştirak ediblər. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar