Xəzər Xəbər

Britaniya ordusunda əsgər çatışmır

Dünya | 11:25 • 15 Dekabr 2018
Britaniya ordusunda əsgər çatışmır

Britaniya ordusunda çatışmazlıq 21-45 faiz təşkil edir.

Böyük Britaniya ordusu 2012-ci ildən yetərli sayda əsgər yığa bilmir.

Bu barədə "The Telegraph” nəşri dövlət nəzarəti qurumunun hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, Britaniya ordusunda çatışmazlıq 21-45 faiz təşkil edir.

Oktyabr ayına olan məlumata əsasən, təlimdən keçmiş əsgərlərin sayı 77 mindir. Halbuki tələb olunan say 82,5 mindir.

Qeyd olunur ki, 2012-ci ildə Britaniya ordusu əsgər çağırışı ilə bağlı işi "Capita” şirkətinə həvalə edib. Şirkət 621 milyon dollarlıq müqavilə imzalasa da, işinin öhdəsindən gələ bilməyib. (oxu.az)

Xəbər lenti