Xəzər Xəbər

TƏHLÜKƏ BÖYÜYÜR “Uilla” qasırğası beşinci kateqoriyaya yaxınlaşır

Dünya | 16:15 • 23 Oktyabr 2018
TƏHLÜKƏ BÖYÜYÜR

Sakit okeanda formalaşan "Uilla” tropik qasırğası ən güclü sayılan beşinci kateqoriyaya yaxınlaşır.

Meteoroloqların məlumatına əsasən, hazırda qasırğa Meksikanın qərbindəki Kabo-Korrientes bələdiyyəsindən 255 kilometr cənub-qərbdə yerləşir və saatda 11 kilometr sürətlə şimala doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatır.

"Uilla” Meksikanın qərb, mərkəzi və cənub-qərb hissələrinə həyat üçün təhlükəli olan leysan yağışları və küləklər gətirir./publika.az

Xəbər lenti