Xəzər Xəbər

Yeni ölümcül virus yayılıb - QİÇS-dən daha təhlükəlidir

Dünya | 13:10 • 19 Sentyabr 2018
Yeni ölümcül virus yayılıb - QİÇS-dən daha təhlükəlidir

Dünyada milyonlarla insanı təhdid edən yeni virus yayılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Lyme” adlanan virus Türkiyədə də ciddi təhlükə yaradır.

Türkiyəli professor Barbaros Çetin bildirib ki, bu virus 365 növ xəstəliyin yaranmasına səbəb olur. Bu xəstəliklərin arasında epilepsiya, xroniki yorğunluq, ürək-dama xəstəlikləri, allergiya və s. var.

Professor deyib ki, "Lyme” xəstəliyi keçici deyil. Xəstəliyin 3 mərhələsi var:
1. Xəstəlik bədəndə yayılmadan öncə
2. Xəstəlik bədəndə yayılmağa başlayandan sonra
3 . Xəstəlik bütün bədəndə yayılandan sonra
Xəstəlik qan analizi üzə aşkarlanır. Virusa yoluxmanın ilkin əlamətləri bunlardır: dəridə, oynaqlarda, ürəkdə və əsəb sistemində anormallıq hiss edilir. Bu da özünü üşümə, titrəmə, yüksək temperatur, halsızlıq, baş ağrısı, oynaq və əzələ ağrıları, sərtləşmiş boyun ağrısında büruzə verir.

Bu xəstəliyə qarşı peyvənd icad olunmayıb. "Lyme” virusuna ana südü, gözyaşları, ağcaqanad və qan əmici heyvan dişləmələri ilə yanaşı, orqan köçürülməsi və cinsi yolla da yoluxmaq mümkündür.

Xəbər lenti