ABŞ Müdafiə Nazirliyi
(Pentaqon) hesab edir ki, Birləşmiş Ştatlar və onun müttəfiqlərinə
havadan zərbələr endirməyə hazırlaşdığı üçün Çin hərbçiləri bombardmançı
təyyarələrlə keçirilən hərbi təlimlərin sayını kifayət qədər
artırıblar. Bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, Çin həmçinin suüstü, xüsusən də dənizin çətin keçilən hissələrində və pis hava şəraitindəki əməliyyatları, təlimləri də artırıb. Məqsəd ABŞ Silahlı Qüvvələrinin Sakit okeandakı hərbi bazalarına zərbə endirməyi öyrənməkdir.
Xatırladaq ki, bundan əvvəl isə Çin KİV-ləri
Vaşinqtonun Asiya-Sakit okeanı regionundakı daha aqressiv mövqeyi
fonunda Pekinin nüvə arsenalını artıracağını yazmışdılar. Pentaqon hesab
edir ki, Pekin 2020-ci ilədək Cənubi Çin dənizindəki mübahisəli
ərazilərdə nüvə başlıqları yerləşdirməyə hazırlaşır və ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar bu ehtimalın doğruluğunu sübut edir.