İyunda Türkiyə ABŞ
dövlət borcuna yatırımlarını bir qədər də azaldaraq, nəticədə Amerika
qiymətli kağızlarının ən böyük sahibləri siyahısından çıxıb. ABŞ Maliyyə Nazirliyinin sənədlərindəki məlumatlardan belə nəticəyə gəlinib.
Qeyd olunur ki, hesabat ayı ərzində Ankaranın ABŞ
dövlət borcuna yatırdığı pullar 28,8 milyard dollaradək azalıb. Mayda
bu göstərici 32,6 milyard dollar olub. Türkiyə hələ ötən ilin
noyabrından başlayaraq ABŞ
dövlət istiqrazlarına investisiya yatırımlarını azaltmağa başlayıb.
Həmin vaxt investisiyaların ümumi həcmi 61,2 milyard dollar təşkil edib,
yəni indikindən 2 dəfədən də çox olub. Onu da bildirək ki, Türkiyənin
dövlət borcları xarici valyuta ilədir, lakin Ankara maliyyə aktivlərini
getdikcə dəyərini itirən türk lirəsi ilə saxlayır.
Türkiyədən başqa Rusiya da müvafiq siyahını mayda tərk edib. Rusiyanın ABŞ dövlət istiqrazlarına yatırımları 48,7 milyarddan 14,9 milyard dollarək azaldılıb.
İyunun nəticələrinə görə isə Amerika qiymətli kağızlarının ən böyük sahibləri siyahısına Çin rəhbərlik edir. Onun ABŞ
dövlət borcuna yatırımları 1,179 trilyon dollardır. Bu, may ayı ilə
müqayisədə 0,4% azdır. Siyahıda ikinci yer Yaponiyaya məxsusdur – 1,03
trilyon dollar. Üçüncü dövlət isə 300,1 milyard dollar yatırımla
Braziliyadır.