Xəzər Xəbər

İran nüvə proqramını bərpa edə bilər

Dünya | 09:02 • 22 Aprel 2018
İran nüvə proqramını bərpa edə bilər

İran ABŞ prezidenti Donald Trampın nüvə proqramına görə tətbiq edilmiş sanksiyaların 2015-ci il Vyana sazişindən sonra dondurulma müddətini uzatmayacağı təqdirdə, onu bərpa etməyə hazırdır.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CBS telekanalına müsahibəsində deyib.


Tramp mayın 12-də sanksiyaların növbəti müddətə dondurulması barədə qərar qəbul etməlidir. Əks təqdirdə, sanksiyalar avtomatik bərpa olunacaq.

Xəbər lenti