Xəzər Xəbər

Sarkisyan istefaya gedə bilər

Dünya | 09:22 • 22 Aprel 2018
Sarkisyan istefaya gedə bilər

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyan aprelin 22-də baş nazir Serj Sarkisyanla danışıqlarda hakimiyyətin ötürülməsinin şərtlərini müzakirə edəcəyini bildirib.

"Görüş bu gün 10.00-da "Marriott” otelində keçiriləcək. Danışıqlar Sarkisyanın istefası və hakimiyyətin sarsıntısız ötürülməsi məsələlərin ətrafında aparılacaq”, - deyə Paşinyan "Facebook”da dərc etdiyi videomüraciətində bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

Xəbər lenti

Çox oxunanlar