Xəzər Xəbər

İrəvanda müxalifçilər nazirlik binalarını blokadaya almağa çalışırlar

Dünya | 09:57 • 19 Aprel 2018
İrəvanda müxalifçilər nazirlik binalarını blokadaya almağa çalışırlar

İrəvanda müxalifətin etiraz aksiyalarının iştirakçıları "Respublika" meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar.


Xezerxeber.az-ın məlumatına görə, hadisə yerində olan "TASS"ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə 1 nəfərin saxlanıldığı barədə məlumat var.


Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.


Qeyd edək ki, İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.

Xəbər lenti